Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.
***
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Qurumun məlumatına görə, küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.












