“Anderlext” – “Qəbələ” görüşü 3:1 hesabı ilə başa çatıb

  • By admin
  • 15 Sentyabr 2016 23:40

qabala-3

Sentyabrın 15-də “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə Belçikanın “Anderlext” komandası ilə üz-üzə gəlib.

Gununsesi.info xəbər verir ki, “Konstant Vanden Stok” stadionunda keçirilən matçda “Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov, Sergey Zenyov, Ruslan Qurbanov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo və Rafael Santos yer alıblar.

Belçika təmsilçisinin ilk onbirliyində isə meydana Deyvi Ruf, Serinc Mboci, Uroş Spayiç, Aleksandru Çipiçu, Bram Nuytinq, Frank Açemponk, Yuri Tilemans, Lender Dendoker, Nikolae Stançiu, Lukaş Teodorşuk və Sofian Hanni çıxıblar.

Görüşü baş hakim Harald Lexnerin rəhbərliyi altında avstriyalı hakimlər briqadası idarə edib.

Komandalar oyunun ilk hissəsinə sürətli hücumlarla başlayib. Həm meydan sahibləri, həm də “Qəbələ” açıq futbola üstünlük verib. Təşəbbüsə yiyələnən “Anderlext” 14-cü dəqiqədə istəyinə çatıb. Meydan sahibləri Lukaş Teodorşukun qolu ilə hesabı açıb-1:0. Altı dəqiqə sonra “Qəbələ” hesaba tarazlıq gətirib. Dabo komandamızın bərabərlik qolunu vurub. Birinci hissənin sonunda əks hücuma atılan “Anderlext” Rafael Santosun avtoqolu ilə hesabı 2:1-ə çatdırıb.

İkinci hissədə “Qəbələ”nin qol cəhdləri nəticəsiz qalıb. Əvəzində oyunun 77-ci dəqiqəsində Kapel belçikalıların üçüncü qolunu vurub. Beləliklə, “Anderlext” – “Qəbələ” görüşü 3:1 hesabı ilə başa çatıb.

Roman Qriqorçukun komandası qrup mərhələsində növbəti oyununu sentyabrın 29-da Bakıda Almaniyanın “Mayns” klubuna qarşı keçirəcək.

Gununsesi.info