
Bakıda yanğın hadisəsi qeydə alınıb. Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info