Anjey Kaspşik Qarabağ münaqişəsi hesabına ikinci villasını tikir - POLİTOLOQ

  • By admin
  • 20 Aprel 2018 15:36

ATƏT sədrinin Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik, bu manqişə nəticəsində elə varlanıb ki, artıq ikinci villasını tikir.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Anjey Kaspşiki Azərbaycanda tanımayan olmaz. ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsidir. “Onlarla ATƏT sədri və həmsədr dəyişdi, o isə illərdir dəyişmir, bu vəzifədə qocalıb. Onun həmyerlisi olan diplomatların birindən eşitmişdim ki, Kaspşik Polşa Xarici İşlər Nazirliyinə ona görə geri qayıtmaq istəmir ki, kefdədir, ATƏT-dən yüksək maaş alır. Başqa ölkənin məlumatlı diplomatlarından biri isə bu günlərdə mənə başqa faktı dedi: “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir”.

Bax belə, bu diplomatın işi-gücü atəşkəsin monitorinqini aparmaqdır. Ancaq bircə dəfə dilinə gətirməyib ki, bu atəşkəs niyə bu qədər uzanmalıdır, niyə torpaqlarımızın işğalı bu qədər uzanmalı və problem həll olunmamalıdır?”- deyə, E.Şahinoğlu bildirib.

Bununla belə politoloqbildirib ki, problemin həlli Ermənistanın və Rusiyanın maraqlarına cavab vermədiyi kimi Anjey Kaspşikin də maraqlarına cavab vermir: “Əks halda vəzifəsinə də ehtiyac qalmayacaq, aldığı yüksək maaşdan da məhrum olacaq”.

 Mürtəza

Gununsesi.info