Ankara Astanadan Gülənçilərə qarşı təcili tədbirlər atmağı gözləyir - SƏFİR

  • By admin
  • 29 İyul 2016 17:25

turkiye

Türkiyə Qazavstandan da Fətullah Gülən tərəfdarlarına qarşı təcilli ciddi tədbirlər görməcəyinə ümid edir və bu addımı atacağını gözləyir.

Gununsesi.info “Kazinform”-a istinadən xəbər verir ki, bu fikri Türkiyənin Qazaxstandakı səfiri Nevzat Uyanık deyib. Onun sözlərinə görə, Ankara Astanadan Qazaxstanda fəaliyyət göstərən Fətullah Gülən camaatına məxsus Qazaxstan-Türkiyə litseylərlə bağlı tədbirlər görəcəyini ümid edir: “Türkiyədə baş verən hakimiyyət çevrilişinə cəhddən sonra Ankara Astanadan FETÖ-yə bağlı qurumlar və onun özəkləri barədə təcili və konkret tədbrilər görəcəyini gözləyir. Bu əsas məsələdir”.

Səfir onuda əlavə edib ki, bu gün Qazaxstanda Türkiyə hökumətinin dəstəyi ilə yeganə olaraq Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazaxstan-Türkiyə Universtiti açılıb: “Yerdə qalan məktəblərin Türkiyə dövlət strukturlarına heç bir aidiyyatı yoxdur. Bu məktəblərin gələcək taleyi Qazaxstanın hökumətinin aidiyyatı orqanlarının , Təhsil və elm nazirliyinin kompetensiyasına aid olan məsələdir”.

Gununsesi.info