Ankara ilə Moskva razılığa gəldi - TÜRKİYƏ S-400 ZENİT-RAKET SİSTEMİ ALIR

  • Müəllif: admin
  • 03 İyun 2017 11:50

s 400

Ankara və Moskva S-400 zenit-raket sisteminin (ZRS) Türkiyəyə satılması üzrə müqavilə şərtləri ilə bağlı bütün texniki məsələləri razılaşdırıb.

Gununsesi.info xəbər verir ki, bunu bu gün “Rostex” dövlət korparasiyasının baş direktoru Sergey Çemezov Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Ankara S-400 ZRS-ni almaq üçün maliyyə imkanlarını, Moskva isə kredit ayırmasının yollarını arayır: “Bu məsələ hökumətlərarası səviyyədə müzakirə olunub. Ola bilsin Rusiya hökuməti Ankaraya hökumətlərarası səviyyədə kredit ayıra bilər. Bu məsələ ilə bağlı Türkiyə və Rusiya maliyyə nazirlikləri səviyyəsində müzakirələr gedib, ancaq nəticə barədə məlumatsızam”.

Gununsesi.info