Rəqabət Məcəlləsi nəhayət bu il qəbul olunacaq

  • Müəllif: admin
  • 03 İyun 2017 11:45

t6691496475398

2017-ci il ərzində Azərbaycanda çoxdan müzakirə olunan Rəqabət Məcəlləsi qəbul olunacaq.

Gununsesi.info modern.az-a istinadən məlumat verir ki,  bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Plana əsasən, 2017-ci ildə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

1. Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması;

2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxan komissiyanın hüquq və vəzifələrinin artırılması, qərarların müstəqil qəbul edilməsinin təsbit edilməsi ;

3. Antiinhisar qanunvericiliyi ilə bağlı yerində yoxlamaların aparılması və sübutların götürülməsi zamanı təsərrüfat subyektinin öncədən məlumatlandırılmasının qarşısının alınması nəzərdə tutulur.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib.

Bu qanun layihəsi  iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.

Beləliklə, nəhayət Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin qəbul edələcəyi  gözlənilir.

Gununsesi.info