Ankara selə təslim oldu

  • By admin
  • 28 Avqust 2016 14:53

sel

 

Türkiyədə yağan güclü yağışlar paytaxt Ankarada sakinlərini çətin vəziyyətdə qoyub. Gununsesi,info Anadolu agentliyinə istinadən xəbər verir ki, güclü yağış prospekt və küçələrdə, xüsusilə də yeraltı keçidlərdə çoxlu su yığılmasına səbəb olub. Sel səbəbilə hərəkət edə bilməyən avtomobil və insanların köməyinə xilasedicilər gəlib. Bəzi ev və iş yerlərini də su basıb.

Bır sıra yollarda avtomobillərin hərəkətində problemlər yaşanıb.

 

Gununsesi.info