ANS-in Rövşanəsi Space-in Güneli ilə birgə veriliş aparacaq

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 17:17

rovsane

Son məhkəmədə ANS-in əlindən lisenziyanın alınması işçilərini başqa yerlərdə iş axtarmağa məcbur edib.

Gununsesi.info-nun aldığı məlumata görə vaxtilə  ANS-də çalışan Rövşanə Bektaşi Space televiziyasında çalışmağa başlayıb. Yenidən efirə qayıdan aparıcı  verilişi Space-in aparıcı siması Günel Həsənzadə ilə birgə aparacaq. Bu proqramda onlarla birgə aparıcı Ramiz Alişanov da çalışacaq.   Formatı sirr saxlanılan veriliş tezliklə tamaşaçılara təqdim ediləcək.

Gununsesi.info