ANS lisenziya üçün təkrar müraciət edə bilməz - MTRŞ

  • By admin
  • 29 İyul 2016 14:01

mtr

 

 

ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər.

Gununsesi.info 1xəbər.com-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov buna münasibət bildirib. N.Cavadov bildirib ki, ANS-in lisenziysı məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində MTRŞ-ın “ANS Müstəqil Yayım və Media” Şirkətinin lisenziyasının ləğvi barədə məhkəmə iddiasına baxılıb və şirkətin lisenziyası ləğv edilib.

 

ans

Gülnaz Qənbərli

Gununsesi.info