Aparıcı canlı yayımda Trampın  saçını övkələdi - VİDEO

  • By admin
  • 16 Sentyabr 2016 15:16
tranp
Tramp növbəti qeyri adi axmaqlığı ilə gündəmə gəldi.
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp NBC telekanalındakı “The Tonight Show”  əyləncəli yumoristik proqramında öz reputasiyasını növbəti dəfə qoruyub saxlaya bilib.
Gununsesi.info  xəbər verir ki, NBC telekanalının The Tonight Show”əyləncəli proqramının qonağı olan prezdentliyə namizəd Donlad Tramp bu dəfə də unudulmaz hərəkəti ilə yadda qalıb. Belə ki, proqramda  ciddi məsələlər, seçki marafonu ilə bağlı məsələlər müzakirə edilib.
Sonda aparıcı Cimmi Fallon D. Trampdan soruşub ki, hələ nə qədər prezident deyil, hansısa axmaq hərəkəti edə bilər. C. Fallon deyib ki, o,  Donaldən saçlarını əli ilə qarışdırmaq istəyir.
Öncə özünü itirən D. Tramp bir neçə  saniyə fikirləşdikdən sonra razılıq verib: “Yaxşı. Bir saatdan sonra məni seçicilərim gözləyir. Ümid edirəm ki, onlar məni başa düşər”- deyə, gülərək, siyasətçi cavab verib.
Bundan sonra C. Fallon tamaçıların alqış sədaları altında Donald Trampın saçlarını qarışıdırıb.
Bununla da Tramp növbəti dəfə  parodiya vəzarafat obyekti olaraq seçildi.

https://www.youtube.com/watch?v=u0BYqzdiuJc

Gununsesi.info