Avropa Birliyi çox ağır durumla üzləşib -Angela Merkel

  • By admin
  • 16 Sentyabr 2016 15:10
merkel
Gununsesi.info reuters-ə istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Angela Merkel  Avropa Birliyinin Bratislavada keçirilən sammitindən jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Avropa Birliyinin üzləşdiyi bu ağır durumu  təşkilata üzv dövlətlərin liderlərinin bir görüşü ilə həll etmək mümkün deyil: “İş orasındadır ki, bir sammitlə Avropanın üzləşdiyi problemi həll etmək mümkün deyil. Ancaq atacağımız addımlarla vəziyyəti dəyişə bilərik”.
Avropa Birlyinin 27 ölkə başçısı Böyük Britaniyasız Bratislavada bir araya gələrək, qurumun gələcək taleyini, həmçinin miqrasiya, təhlükəsizlik və iqtisadi inkişaf yollarını müzakirə edirlər.
Gununsesi.info