Görmə əngəlli azyaşlılar üçün “sehirli kitablar, sehirli səslər”

  • By admin
  • 16 Sentyabr 2016 15:02

gorme

Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Məleykə Vəliyeva tərəfindən icra olunan “Sehirli kitablar, sehirli səslər” adlı layihə çərçivəsində layihənin ilkin mərhələsi 2016-cı ilin sentyabr ayında Bakı şəhərində həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, görmə əngəlli az yaşlılar üçün audio kitabların hazırlanması məqsədilə həyata keçirilən layihənin ilkin mərhələsində səs yazma studiyasında seçilmiş iştirakçılar tərəfindən 14 hekayə səsləndirilib.

 Layihənin eksperti səs yazmanı xüsusi diqqətlə izləyərək lazımi düzəlişlər edib. Bundan əvvəl isə Gözdən Əlillər Cəmiyyəti ziyarət olunaraq,  onların dinləmək istədikləri nağıllar seçilib, tapılaraq,  səsləndirilib. Hekayələr səsləndirildikdən sonra ekspert nəzarəti ilə montaj edilərək, disklərə yazılıb və səsli kitab formatına salınıb.

Məleykə Vəliyeva qeyd edib ki, layihə çərçivəsində görülən işlərdə məqsəd görmə qüsurlu və gözdən əlil azyaşlıların təhsilə, mütaliəyə marağın artırılması, məşhur dünya və yerli yazıçıların nağıllarını bu statusda olan insanlarla tanış etmək, Azərbaycan gəncliyinin bu insanlara olan diqqət və qayğısını artırmaq, gənclərimiz arasında yardımlaşma, sosial bərabərlik zənciri yaratmaqdan ibarətdir. Məleykə Vəliyeva layihə çərçivəsində oxuma qabiliyyətindən məhrum olan insanlar üçün hazırlanmış səsli kitabların gənclərin bu sosial qrupdan olanların problemləri ilə yaxından maraqlandıqlarının nümunəsi olduğunu vurğulayıb.

Yaxın günlərdə layihənin təqdimatı Bakı şəhərində baş tutacaq.

Gülnaz Qənbərli

Gununsesi.info