“Aparıcılar bilmir ki, sənətkar kimdir” - Əməkdar artist

“Aparıcıların çoxu bilmir sənətkar kimdir, sənətçi kim. Gözünü ovuşdur, gör, qarşındakı kimdir. O qədər milyonçu var ki, sənətkardır?”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “O üz” proqramında deyib. Müğənni aparıcıları tənqid edib:

“Televiziyaya gündə çıxmaq sənətkarlıq deyil. Ortada bir-iki sənət adamı var. Elə bilirlər Azəbaycan musiqisini yaşadırlar. Yox, günü-gündən musiqimizə balta vururlar. Çıxıb sırğasından danışır. Deyən yoxdur ki, sən hansı sənətdən gəlmisən? Mən düşünmürdüm ki, toya gedib pul qazanacağam. Hər gün qəzəl öyrənirdim. Sənətlə məşğul olun”.