
Fox TV-nin xəbər aparıcısı Fatih Portakal ölümlə hədələnib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə aparıcı özü bildirib.
O, “Twitter” hesabında “WhatsApp”dan gələn mesajı paylaşaraq onu hədələyənləri məhkəməyə verdiyini qeyd edib.
Fatihə gələn ismarıcda yazılıb:
“Açıq-açıq təhdid edirəm. Fatih Portakalı öldürəcəm. Bir də Fox TV-nin sahibi. Çünki kanalında vətən xaini işlədir”.
Gununsesi.info












