Aprelin 01-dən Türkiyəyə getmək olacaq…

  • By admin
  • 16 Mart 2021 17:53

Azərbaycan vətəndaşları aprelin 01-dən yeni şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfər edə biləcəklər.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi açıqlama yayıb.

“İki ölkənin vətəndaşları 01 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız ölkədə qalma müddəti 30 gündən 90 günə qaldırıldı”,- deyə açıqlamada qeyd olunub.

Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.

Gununsesi.info