Ara Papyan: “Azərbaycan aviasiyadan istifadə edəcək”

  • By admin
  • 04 İyul 2016 15:43

papayan

 

“Ermənistan və Rusiya arasında Qafqaz regionunda kollektiv təhlükəsizlik birgə regional hava müdafiə sistemi yaradılması haqqında” sazişin ratifikasiyası Qarabağda müharibə ehtimalını artırır”. Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, “Modus Vivendi” direktoru, Qərb üzrə ekspert Ara Papyan bu gün keçirdiyi mətbuat konfransında belə bəyanatla çıxış edib.

O bildirib ki, bu saziş Ermənistanın mövqeyini zəiflədir: “Azərbaycanın güclü aviasiyası var, lakin 4 günlük müharibə göstərdi ki, onlar bundan istifadə etmədilər. Çünki bizim güclü havadan müdafiəetmə sistemimiz olduğunu bilirlər. Növbəti müharibə zamanı bizim qurbanların sayı çox olsun deyə, Azərbaycan aviasiyadan istifadə edəcək”-, deyən Papyan qeyd edib ki, müqavilə aprel döyüşlərindən əvvəl, ötən ilin dekabrında imzalanıb.

Ekspert iddia edir ki, Rusiyaya Azərbaycan-Türkiyə yanaşmasısı Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonasını yaratmaq üçün, ondan təzyiq vasitəsi kimi istifadə etməyə nail olmaqdır. Ermənistan-Rusiya birgə hava müdafiə etmə sistemi qurulması isə, bu istiqamətdə ilk addımdır.

Gülnaz Qənbərli