Arif Hacılı polisə çağrıldı

  • By admin
  • 07 Sentyabr 2016 15:08

arif

Müsavat Partiyasının başqanı Arif Hacılı sentyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  A. Hacılının özü məlumat verib.

O qeyd edib ki, bu gün BŞBPİ-dən zəng vurub və Milli Şuranın sentyabrın 11-nə, Müsavat Partiyasının isə sentyabrın 18-nə təyin edilmiş mitinqi ilə bağlı idarəyə dəvət ediblər: “Bildirdilər ki, mitinqin təhlükəsizlik məsələləri ilə bağlı mənimlə söhbət aparacaqlar”.

Gununsesi.info