Tanınmış rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyev infarkt olub.
Gununsesi.info xəbər verir ki, bu haqda xəbəri rejissorun qızı Milli.Az-a təsdiqləyib.
“Artıq bir neçə aydır ki, Arif müəllim ev şəraitində müalicə alır. Keçirdiyi infarkt onun danışığına da mənfi təsir göstərib. Belə ki, o hələ də yaxşı danışa bilmir. Buna görə də o bütün çəkiliş və televiziya verilişlərindən imtina edir”, – deyə rejissorun qızı bildirib.
Gununsesi.info