Arıqlamaq üçün aldığı dərman onu 350 kiloya qaldırdı

  • By admin
  • 12 Yanvar 2023 08:23

Arıqlamaq üçün internetdən dərman qəbul edən 40 yaşlı Gül Sevim Turp ağlasığmaz duruma düşüb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, adıçəkilən şəxs 100 kq çəkidən qurtulmaq üçün dərman alıb. Amma dərmanı qəbul etdikdən sonra insult keçirib və 350 kilonu keçərək yerindən tərpənə bilməyib.

Bu zaman əri də müalicə zamanı onu qoyub gedib.

Mədə əməliyyatından sonra arıqlamağa başlayan Turp, “Çəkim çox idi, amma bu qədər deyil. Arıqlamaq üçün heç kim internetdən bir şey almasın, yandım, heç kim yanmasın” deyə bildirib.

O, deyib ki, firmalara heç kəs inanmasın: “Firma məni hər yerdən blokladı, evli idim, həyat yoldaşım məni tərk edib başqa qadınla getdi. Əməliyyatdan əvvəl çox bədbəxt idim, indi isə çox xoşbəxtəm”.

 

Tərcümə: 

Adil Elxanoğlu