
Dünya şöhrətli aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsneqer “Bugatti Veyron”unu lüks maşınlar satışının dileri Obi Okekeyə 2,5 milyon dollara satıb.
Gununsesi.info “Motor”a istinadən xəbər verir ki, hiperkar 1600 km məsafə qət edib.
Avtomobil 2014-cü ildə alınan və Grand Sport Vitesse modifikasiyalı olan avtomobilin mühərrikinin gücü 8 kubsm-dir. Bundan başqa, maşın W16 dörd turbogücləndiriciyə, 1200vat gücə malikdir.
“Bugatti Veyron” Grand Sport Vitesse 100 km/saat sürəti 2,5 saniyəyə yığır. Maşının maksimal sürəti 410 km/saatdır.
Bundan öncə Avstriya şirkəti Kreisel Arnold Şvartsneqer üçün dünyada ilk elektriklə işləyən “Hummer H1” avtomobilini hazırlayıb. Maşın ikimotorlu olub və onun ümumi gücü 490 at gücündə olmaqla, komplekt batareyanın tutum həcmi 100 Kv/saatdır.
Aktyorun qarajında “Hummer”lə yanaşı, Kreisel şirkəti tərəfindən hazırlanan elektriklə işləyən “G-Class” yolsuzluq avtomobili də var.
Gununsesi.info