AZAL-dan yeni aksiya: BAKI-TEL-ƏVİV-BAKI 299 AVROYA

  • By admin
  • 31 Yanvar 2018 12:12

“Azərbaycan Hava Yolları2 (AZAL) Bakı–Tel-Əviv–Bakı istiqamətində uçuşlar üzrə yeni aksiya elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, göstərilən istiqamət üzrə reyslərə 28 fevral 2018-ci il tarixinə kimi aviabilet aldıqda aviabiletin qiyməti 299 avro, əks istiqamətdə isə (Tel-Əviv–Bakı–Tel-Əviv) 299 dollar təşkil edəcək.

Aksiya çərçivəsində uçuş tarixləri: 2018-ci il fevralın 3-dən martın 3-dək. Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.

Aviabiletin qiymətinə baqajın (1 yer 23 kq-a kimi), əl yükünün (10 kq-a kimi, 55x40x23 sm ölçülərində) pulsuz daşınması və təyyarə göyərtəsində isti yemək daxildir.

Təl-Əviv İsrailin mədəni və işgüzar mərkəzidir.  Bura xeyli sayda restoranlar, ticarət mərkəzləri və gecə klublarının yerləşdiyi müasir canlı şəhərdir. Bu şəhər Aralıq dənizini yuyan öz gözəl qumlu çimərlikləri ilə məşhurdur. Piyada dənizkənarı bulvar ilə bir çox görməli yerlərin yerləşdiyi Yaffa liman şəhərinə gedib çıxmaq olar.

AZAL-ın Bakıdan Tel-Əvivə reysləri həftədə iki dəfə Airbus A319 və A320 sərnişin təyyarələri ilə həyata keçirilir.

Endirimli aviabiletləri uçuşa azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Mürtəza

Gununsesi.info