Arnold Şvasneqrin “əkiz qardaşı”nı evdən qovublar - DENNİ DE VİTONUN HƏRƏKƏTİ BAĞIŞLANMAYACAQ

  • By admin
  • 30 Mart 2017 22:23

Denni De Vito

Hollivudun məşhur aktyorlarından olan, filmlərin birində Arnold Şvasneqrin əkiz qardaşını canlandıran Denni De Vitonun xanımı Rea Perlman onu evdən qovub.

Gununsesi.info rsute.ru-ya istinadən xəbər verir ki, 34 ildir birlikdə olan cütlük boşanmaq qərarına gəlib. Bu barədə danışan Denni bildirib ki, boşanmağa ilk addımı Rea atıb.

Cütlüyün qısqanclıq üstündə ayrıldığı vurğulanır. Belə ki, Vitonun gənc və sarışın gözəlçə, “Evolution International Film Festival”ın direktoru Sandra Silinq ilə eşq yaşadığı bildirilir.

Bundan başqa, Sandra və Vitonun qeyri-iş şəraitində çəkilən fotoları Perlmanın xoşuna gəlməyib və o, bunu Denniyə bağışlamayacağını söyləyib.

Qeyd edək ki, cütlük 1982-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən 3 övladı var.

Gununsesi.info