
“Karadayı” serialında canlandırdığı Turqut Akın obrazı ilə yadda qalan aktyor Yurdaer Okur Şimali Kipr Türk Cumhuriyyətində Ercan hava limanında saxlanılıb.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, onun üzərində üzərində 1 qram narkotik vasitənin olduğu bildirilir.
43 yaşlı aktyorun narkotik vasitə idxal etmək və üzərində daşımaq cinayətinə görə sabah Lefkoşada məhkəməsi olacaq.
Şimali Kipr Türk Cumhuriyyətinin qanunlarına görə, o, ya ölkədən deportasiya ediləcək, ya da həbs olunacaq.
Gununsesi.info












