Türkiyə ABŞ-dan Gülənin həbs edilməsini gözləyir

  • Müəllif: admin
  • 30 Mart 2017 22:30

1383730231fethullah-gulen

Ankara Vaşinqtondan Fətullah Gülənin müvəqqəti həbs edilməsini gözləyir.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birgə mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Biz FETÖ-nün rəhbərinin ekstradisiyası məsələsini müzakirə etdik, sorğularımızı təqdim etdik. Bu istiqamətdə konkret addımların atılmasını gözləyirik. Onun müvəqqəti həbs edilməsini gözləyirik – bu sorğu da Amerika tərəfinə təqdim edildi”, – deyə Mövlud Çavuşoğlu bildirib.

Gununsesi.info