“Artıq bizə kimin namizədliyinin irəli sürülməsi bəllidir” – YAP seçkilərdəki namizədlərini müəyyənləşdirib

  • By admin
  • 29 Noyabr 2019 14:52
S.Novruzov: “YAP növbədənkənar parlament seçkilərində uğur qazanacaq namizədlərini müəyyən edib”

YAP-ın parlamentin buraxılması ilə bağlı qərarı konstitusiyaya tam uyğundur. Gununsesi.org xəbər verir ki, bunu YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətin YAP-ın növbədənkənar parlament seçkiləri keçirilməsi və parlamentin buraxılması ilə bağlı səsləndirdiyi iddiaları cavablandırarkən deyib.

Onun sözlərinə görə,  parlamentin buraxılması qanuna uyğundur. “Sadəcə olaraq, hər zaman olduğu kimi, müxalifətin yaddaş problem var. Dediklərini tez də yaddan çıxarırlar. Elə bəzi müxalifət partiyalarının Müsavat Partiyasında keçirdiyi görüşün sonunda qəbul etdiyi sənədin sonuncu bəndi növbədənkənar parlament seçkilərinin keçirilməsi olub.  Yəqin onlar düşünürdülər ki, bəyant verməklə  hakimiyyət həmin məsələdən uzaqlaşacaq və növbədənkənar seçkilər keçirməyəcəyik. Onlaırn bəyanatının bizə heç bir aidiyyatı yoxdur.  YAP fəaliyyətini  Azərbaycan xalıqnın tələbinə uyğun qurur”- S.Novruzov deyib.
O əlavə edib ki, dünyanın müxtəlif ölkələrində  müxalifət növbədənkənar seçkiləri önəmli sayır. “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir.

Növbədənkəanr seçkilərdə YAP-ın hansı  deputatların  namizədliyini isrə sürülməsi ilə bağlı mövqeyini açıqlayan S. Novruzov deyib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır: “Onların parlamentdəki çıxışları, seçicilərlə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.

S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır: “Hər seçki öncəsi belə siyahılar dərc olunur”.

“Parlamentin tərkibi ciddi surətdə dəyişəcəkmi və yaş məhdudiyyəti olacaqmı?” sualına gəldikdə S.Novruzov deyib ki, ilk olaraq onu demək istərdim ki, seçkidə yaş məhdudiyyəti yoxdur. “İkincisi tərkibin dəyişməsi seçicilərdən asılı olan məsələdir. Biz hansı dairədən hansı namizədin uğur qazanamasını müəyyən etmişik. Biz bilirik ki, hansı dairədə yaşlı, hansı dairədə gənc, hansı dairədə orta yaşlı, hansı dairədə qadın uğur qazan bilər. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur”- S. Novruzov deyib.

Bununla belə o əlavə edib ki, parlamentin yeni tərkibində ciddi dəyişikliklər olacaq.

Gununsesi.org