Artıq çəki ilə mübarizədə ən güclü silah

  • By admin
  • 15 İyul 2022 13:08

Diyetoloq Mixail Ginzburq bildirib ki, zəncəfil artıq çəki ilə mübarizədə əla vasitədir. Ancaq sağlamlığa zərər verməmək üçün bu məhsuldan düzgün istifadə edilməlidir.

Gununsesi.info xəbər verir ki, həkim bu barədə “VM.ru”ya danışıb.

O bildirib ki, pəhriz saxlasanız və idmanla məşğul olsanız da, zəncəfil artıq bədən piyləri ilə mübarizə aparmağa mükəmməl kömək edir.

“Zəncəfil arıqlamaq üçün yaxşı köməkçi ola bilər. Bununla belə düzgün qidalanmağa, məşq etməyə, yuxuya nəzarət etməyə və gündəlik çəkini ölçməyə dəyər. Bütün bu tövsiyələr fonunda zəncəfil pəhrizin təsirini artıra bilər”, – diyetoloq qeyd edib.

Diyetoloq izah edib ki, arıqlama zamanı zəncəfilin necə və hansı miqdarda yeyilməsi ilə bağlı dəqiq qaydalar yoxdur. Bu, çox fərdi bir prosesdir. Məsələn, bir insan gündə 10-20 qram kök istifadə edərsə, o zaman müsbət təsir gözləmək olar. Bu məhsul maddələr mübadiləsini sürətləndirir. Bununla belə, müəyyən nisbətlərdə onun effektivliyini sübut edən ciddi tədqiqatlar yoxdur.

“Zəncəfil çayı içməyi məsləhət görürəm. Bu, ən asan və təsirli yoldur. Onu evdə dəmləmək asandır, həm də içmək xoşdur”, – Ginzburq qeyd edib.

Diyetoloq xəbərdarlıq edib ki, zəncəfil qastrit və ya mədə xorası olanlar, xüsusən də ağırlaşmış formada bu xəstəlikdən əziyyət çəkənlər üçün zərərlidir.

Gununsesi.info