Ankarada Rəsulzadənin heykəli ucaldılıb

  • By admin
  • 15 İyul 2022 13:27

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə qərar Ankaranın Etimesgut Bələdiyyəsinin təşəbbüsü ilə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisində verilib.

Rəsulzadənin heykəli Ankaradakı türk dünyasının tarixi şəxsiyyətlərinin heykəllərinin qoyulduğu Türk Tarix Muzeyi Parkında ucaldılıb.

Qeyd edək ki, adıçəkilən parkda həm də Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın da heykəli ucaldılmışdı.

Afət Abbasova

Gununsesi.info