“Səhiyyə sektoru xidmət sahələri arasında ən sürətlə inkişaf edənlərdəndir”

“Azərbaycan iqtisadiyyatının xidmət sektorunda ən sürətli inkişaf edən sahələrdən biri məhz səhiyyədir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:

“Dövlət xəstəxanalarında xidmət keyfiyyəti, icbari tibbi sığortanın tətbiqi və digər istiqamətlər üzrə hələ də həllini gözləyən məsələlər var. Lakin ümumi mənzərəyə baxdıqda səhiyyədəki inkişaf dinamikası bir çox digər sahələri üstələyir.

Bu inkişafı ölkəmizə müalicə üçün gələn xarici vətəndaşların sayının artmasında, müasir özəl klinikaların yaradılmasında, tibbi xidmət keyfiyyətinin yüksəlməsində, robot cərrahiyyəsinin, laparoskopik əməliyyatların, yüksək texnologiyalı diaqnostika və müalicə metodlarının geniş tətbiqində aydın görmək mümkündür.

Bu inkişafın əsas səbəbi isə özəl səhiyyə sektorunda olan rəqabətdir. Klinikalar və həkimlər arasında formalaşan sağlam rəqabət xidmət keyfiyyətini yüksəldib, yeni texnologiyaların tətbiqini sürətləndirib və pasiyent məmnuniyyətini artırıb. Bəzən yüz səhifəlik proqramlardan, böyük subsidiyalardan,  məaliyyə vəsaitlərindən daha güclü təsir göstərən məhz rəqabət mühitidir. O olan yerdə inkişaf, o olmayan yerdə tənəzzül var”.

 

 

Afət

Gununsesi.info