Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?

  • By Admin2
  • 17 İyun 2026 12:00

Meyxanaçı Rüfət Nasosnu meyxana deyənlərin efirə çağırılmamasından şikayətlənib. 

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bir-iki nəfərdən başqa heç bir meyxana deyəni efirə çağırmırlar:

“Kanallara bir-iki meyxana deyəndən başqa heç kimi çağırmırlar. Ümumiyyətlə, meyxanaya yer vermək istəmirlər. Necə ola bilər ki, meyxana deyənin şeirinə bəstələnən musiqini müğənni oxuya bilir, meyxana deyənin şeirini hansısa qiraətçi deyə bilir, efirlərə şair, yazıçı, aktyor çıxa bilir, amma meyxana deyən çıxa bilmir? Meyxana deyən kimdən pisdir, tərbiyəsizdir, səviyyəsizdir? Özüm qəsdən indi dedim ki, məqsədli olduğunu düşünməsinlər, indi Məhərrəm ayıdır, heç efirə çıxıb reklam olmağa da ehtiyac yoxdur. Meyxana deyənlər sizin üçün alt səviyyənin insanı deyil. Onların da öz səviyyəsi, qabiliyyəti var. Ola bilər ki, bir-iki nəfər pis var. Ancaq hər yerdə belədir. Sənətin pisi yoxdur, insanın pisi var”, – deyə o, həmçinin qeyd edib.

Elmar

Gununsesi.info