ABŞ-ın nümayəndə heyəti Şəhidlər xiyabanında - FOTO

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.

Bu barədə Gununsesi.info -ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.