Bakıda təkər tullantıları yığılmış sahədə yanğın başlayıb

  • Müəllif: Firuzə
  • 31 İyul 2026 14:21
Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info