Britaniya səfiri Ana Dili Günü ilə bağlı paylaşım etdi

  • Müəllif: Orxan
  • 01 Avqust 2026 12:32

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Gununsesi.info xəbər verir ki, diplomat bununla bağlı “X” sosial şəbəkəsində videomüraciət yayımlayıb.

“Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək”, – deyə Səfir bildirib.

Videomüraciətdə səfir Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirindən də misralar səsləndirib.

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.


Gununsesi.info