Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
***
Lerik rayonunda daha bir zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, 15:31-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,6 dərinliyi isə 24 km olub.
Yeraltı təkanların Lənkəranda da hiss olunduğu deyilir.











