Mərkəzi Bank 2026-cı il üzrə iqtisadi artım proqnozunu aşağı salıb - Şərh

  • Müəllif: Orxan
  • 31 İyul 2026 13:37

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə iqtisadi artım proqnozunu yenidən aşağı salıb.

AMB-nin yenilənmiş proqnozuna əsasən, bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) artımının 0,5 %, qeyri-neft-qaz sektorunda isə 2,4 % təşkil edəcəyi gözlənilir.

Halbuki Mərkəzi Bank may ayında açıqladığı proqnozda 2026-cı ildə ÜDM-in 1,1 %, qeyri-neft-qaz sektorunun isə 3,2 % artacağını gözləyirdi. Beləliklə, tənzimləyici iqtisadi artımla bağlı gözləntilərini aşağı istiqamətdə yeniləyib.

Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bank dövlət qurumu olaraq ölkədə iqtisadi aktivliyin zəiflədiyini görür və bunu daha real makroiqtisadi proqnozlarla ifadə edir.

Onun sözlərinə görə, Mərkəzi Bankın mandatına iqtisadi aktivliyi artırmaq daxil deyil və bu istiqamətdə əsas məsuliyyət hökumətin üzərinə düşür.

“MB diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?” – deyə Natiq Cəfərli qeyd edib.

Elmar

Gununsesi.info