İtkin düşən şəxsin meyiti kanalda tapıldı

  • Müəllif: Orxan
  • 31 İyul 2026 11:18

Lənkəranda kanalda meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Gununsesi.info