Kılıçdaroğlu əsas adamını vəzifədən çıxartdı

  • Müəllif: Orxan
  • 01 Avqust 2026 12:56

CHP İstanbul İl Binasına 5 min polis əməkdaşının müşayiəti ilə daxil olan Gürsel Tekin vəzifəsindən uzaqlaşdırıldı.

Gununsesi.info xəbər verir ki, CHP Baş Mərkəzi İstanbul İl Təşkilatına Mehmet Ali Yüksəli təyin edib.

İddialara görə, Kılıçdaroğlu bu qərarı verməzdən əvvəl Gürsel Tekinlə məsləhətləşməyib.

Tekin isə xəbəri jurnalistlərin ona ünvanladıqları sual vasitəsilə öyrəndiyini və buna görə şoka düşdüyünü bildirib.

Tekin, qəyyum kimi təyin olunan Kılıçdaroğlunun yenidən vəzifəyə qayıtması üçün ən çox çalışan şəxslərdən biri idi.

Tekin bildirib: “16 oktyabra qədər üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün çalışıram. Fərziyyələr və söz-söhbətlərlə məşğul olmağa vaxtım yoxdur”.

Gununsesi.info