Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndə heyəti Avstriyanın Qrats şəhərində “KIMUS Graz GmbH” şirkətinin və “Hands On! International Association of Children in Museums” təşkilatının rəhbərliyi ilə görüş keçirib.
Gununsesi.info xəbər verir ki, görüşdə uşaq və ailə muzeyləri üçün yeni yanaşmalar müzakirə olunub.
Tərəflər interaktiv sərgilər və elmin ictimaiyyətə çatdırılması sahəsində təcrübə mübadiləsi aparıblar.
Həmçinin Azərbaycan və Avstriyanın muzeyləri arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.













