Pridnestroviya Moldova Respublikasının (PMR) Ali Şurası qaz təchizatının azalması ilə əlaqədar yaranan böhran səbəbindən iqtisadi fövqəladə vəziyyət rejimini 17 iyula qədər uzatmaq niyyətindədir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Bəyanatda deyilir: “Xüsusi hüquqi rejim dövlət qurumlarına dəyişən enerji resursları vəziyyətinə tez və uzun qanunvericilik prosedurları olmadan reaksiya verməyə imkan verir”.
Oxşar məhdudiyyətlər mart ayında tətbiq olunmuşdu.
Maqsud












