Bakının qədimi yaşayış məskənlərindən biri olan “Bayırşəhər”in söküntüsü və insanların köçürülməsi proresində minlərlə vətəndaşın mülkiyyət hüququ pozulur.
Gununsesi.info xəbər verir ki, sakinlər evlərinin məcburi sökülməsi ilə bağlı Ombudsman Səbinə Əliyevaya bir neçə dəfə məktub yazıb kömək istəyiblər.
Ombudsman Səbinə Əliyeva isə onların şikayəti əsasında Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərib.
Sorğuya verilən cavabda deyilir:
İcra hakimiyyətinin cavabında deyilir: “”Təzə Pir” məscidinin və “Nizami” metrostansiyasının ətrafında yerləşən ərazilərdə XX əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, bərpası səmərəsiz və mümkün olmayan, şəhərin ümumi görkəminə xələl gətirən tikililərin dövlət büdcəsi hesabına satın alınıb sökülməsi, boşaldılmış ərazilərdə istirahət zonalarının yaradılması qərara alınıb”.
Sakinlər isə tikililərin istismar müddətini başa vurması və bərpasının mümkünsüzlüyü barədə məktubda yazılanların həqiqətəuyğun olmadığını bildirirlər.
“Bayırşəhər”dəki söküntüyə etiraz edənlərdən Zahidə Əzizova deyir ki, ərazidə 800-ə yaxın binanın sökülməsi nəzərdə tutulub. O sual edir: əgər bu qədər tikilinin bərpası səmərəsiz idisə, niyə 2019-cu ildə büdcədən milyonlar xərclənərək ərazidə əsaslı təmir-bərpa işləri aparılırdı?
Afət Abbasova
Gununsesi.info











