Arxeoloqlara o biri dünyadan mesaj gəldi -QƏBİRSTANLIQDA ŞOK OLAY

  • Müəllif: admin
  • 28 Fevral 2018 11:08
 
Əntiq qəbristanlıqda axeoloji qazıntı aparan ekspedisiya şok bir olayla rastlaşıb- onlar o biri dünyadan mesaj gəldiyini bildiriblər.
Arxeoloqlar  belə bir hadisə ilə bağlı Misirdə Qahirə yaxınlığında Minya yaşayış mənətəqəsində iki min il bundan öncəyə aid bir qəbristanlıqda aparılan qazıntı işləri zamanı rastlaşıblar.
 Gununsesi.info BBC-yə istinadən xəbər verir ki,  arxeoloji qazıntı ekspedisyasına rəhbərlik edən Mustafa Vəzirinin sözlərinə görə, Yeni il ərəfəsində qazıntı işləri apararkən  məzarın üzərində “Yeni iliniz mübarək, xoş illərə çıxasınız” yazılan  bir  bilərzik tapdıq: “Biz bunu o biri dünyadan bir mesaj kimi qəbul etdik”.
Bu qəbristanlıqda 40-dan artıq  məzar aşkar edilib ki,  buradan xeyli ləl-cəvahirat, qızıl maska və digər əşyalar tapılıb.
M. Vəziri deyib ki, arxeoloji qazıntı aparıldığı 3 ay müddətində  8 məzarda arxeoloji tədqiqat aparıla bilib. O əlavə edib ki, ərazidə  qəbirlərin arxeoloji tədqiqatı və qazıntı işləri bundan sonra 5 il vaxt aparacaq.
 Vəziri onu da deyib ki,  qəbirlərin Zoz rahiblərinə aid olduğu iddia olunur. Çünki qəbirlərin üzərindəki qapaqlarda  Horus tanrsının oğullarının baş forması işlənilmış 4 ədəd  küp də aşkar edilib. Bu küplərdə  həyatlarını itirən şəxslərin mumiyalanmış iş orqanları var. Üzərində isə məzarların kimə aid olduğunu göstərən heroqliflər var.
Gununsesi.info