Arzu Rəhimov Ağcabədidə vətəndaşları qəbul edib

  • By admin
  • 19 Aprel 2017 17:55

unnamed (18)

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağcabədi rayonunda Beyləqan, İmişli, Füzuli, Ağcabədi və Ağdam rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Gununsesi.info-ya Xidmətdən verlən məlumaata görə, qəbulda 25 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul,  şəhid adının və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. 

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Gülnaz Qənbərli

Gununsesi.info