Arzu Rəhimov İmişli rayonunda vətəndaşları qəbul edəcək

  • By admin
  • 30 İyun 2018 14:13

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 19.07.2018-ci il tarixdə saat 11:00-da İmişli rayonunda İmişli, Beyləqan, Füzuli, Ağdam və Ağcəbədi rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 17.07.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.