“ASAN Xidmət” 4 gün işləməyəcək

  • By admin
  • 13 İyun 2018 16:08

Картинки по запросу ASAN Xidmət

 15-18 iyun tarixlərində Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günüdür.

Gununsesi.info-ya daxil olan məlumata görə, 19 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.