
Migəçevir, Şəki, Quba və bir sıra rayonlarda ASAN Xidmətin regional filialları tikiləcək.
Gununsesi.info xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentdə 2017-ci il büdcəsinin birgə komitələrdə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkə başçısı da ASAN xidmətin fəaliyətinin genişləndirilməsi prosesinin davam etdirilməsinin tərəfdarıdır: “Ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin effektivliyi təmin etmək məqsədi ilə ASAN Xidmətin fəaliyyətinin genişləndirilməsində maraqlıdır. Bu baxımdan da 2017-ci ildə Mingəçevirdə, Şəkidə, Qubada və digər rayonlarda ASAN Xidmətin regional bölmələrinin tikintisi davam etdiriləcək və onların qısa zamanda fəaliyyət başlaması üçün işlər görüləcək”.
Mürtəza
Gununsesi.info












