Aslan İsmayılov: “Cahangir Hacıyevin taladıqlarını qaytarmaq fikri yoxdur”

  • By admin
  • 27 Avqust 2016 14:48

aslan

“Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacyev və bacısını dinlədikcə adamın az qala yazığı gəlir. Sən demə, bunlar qədər halal, kasıb, öz əməyi ilə dolanan ikinci bir ailə yox imiş. Londondakı imarətlər, limitsiz kartlar, yüz milyonlarla sərvətlər də Maştağada qul bazarında dayanan azərbaycanlı qadınların imiş”. Gununsesi.info xəbər verir ki, bu fikirləri tanınmıq hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkədəki səhifəsində Beynəlxalq Bankın Prezidenti Cahangir Hacıyevin bacısının mediaya son açıqlamasına münasibət bildirərkən yazıb.

Tanınmış hüquqşünasın fikirlərini təqdim edirik:

Bunları dinlədikcə görürsən ki, həqiqətən Azərbaycanı talayanlarda abır, həya yox imiş. Milləti talayanda, başqalarının əmlaklarını zorla əllərindən alanda yadlarına qanun düşməyənlər, bu gün cavab vermək gələndə timsah gözyaşları axıdırlar, ən ucadan QANUN! qışqırırlar, haqdan, ədalətdən danışırlar. Milyonlarla dəyəri olan aksiyaları halal əməkləri ilə aldıqlarını iddia edib, geri tələb edirlər. Taladığı milyardları qaytarmaq fikirləri isə yoxdur. Özü kimi oğrularla eyhamla danışırlar, çünki milyardları bir yerdə sümürüblər.

P.S. Cahangir Hacıyev və onu kimilər, özünüzü millətə əsilzadələr kimi sırımaq istəsəniz də, siz sadəcə cibgirlərsiniz!

P.P.S. Milyardları büdcədən talamanızı demirəm, on minlərlə şəhid ailəsinə haqqını vermək üçün büdcədən cəmi 100 milyon ayırmadığınızı sizlərə heç kim bağışlamayacaq.