Türkiyə AŞPA-nın hədəfində - YENİLƏNİB

  • By admin
  • 22 İyun 2016 13:14

ASHPA (1)

  Ərdoğan insan haqlarına görə sərt tənqid edildi

 

Məruzəçilər Türkiyədə bəzi deputatların toxunulmazlığının aradan qaldırılmasını tənqid edib.  9 deputatın toxunulmazlığının ləğvini Türkiyədə demokratiya sahəsində geriləmələr kimi qiymətləndirilib. İclasda çıxış edən alman deputatlar Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt dillə tənqid ediblər. Bildiriblər ki, o artıq Türkiyəni geriyə aparır.

Türkiyənin AK Partidən olan deputatları isə qətnamə layihəsinə etiraz ediblər. Qeyd ediblər ki, müzakirə edilən qətnamənin qəbulu rəsmi Ankaranı Avropa Şurasından küsdürə bilər.

Türk deputatlar həmçinin əlavə ediblər ki, ölkələri terrorla təkbaşına mübarizə aparır. Heç bir ölkə onlara dəstək vermir.

 

Sessiya davam edir.

 

….. 11:39

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası başlanıb. Gununsesi.info-nun Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, sessiyada Türkiyədə demokratik təsisatların vəziyyəti müzakirə olunur. Türkiyənin bu mövzuda tənqid olunacağı gölzənilir. Türkiyə əleyhinə çox ciddi tənqidi çıxışlar hazırlanması barədə türk millət vəkilləri arasında fikirlər var.