“AST Telman”dan alınan Mardan Palace-ın satışı dayandırıldı

  • By admin
  • 10 Noyabr 2016 21:21

mard

Gununsesi.info xəbər verir ki,Türkiyənin Antalya şəhərinin Aksu bölgəsində azərbaycanlı iş adamı Telman İsmayılovun 2009-cu ildə 1,4 milyard dollara inşa etdirdiyi Mardan Palace Otel borclara görə Halk Bankın tələbi ilə  keçən il iyunun 3-də satışa çıxarılmışdı. Bankın son anda fikrini dəyişərək tələbi geri çəkdiyinə görə satış ləğv olunmuşdu.

Daha sonra Qaranti Bankı otelin satışını istəmişdi. 2015-ci il noyabrın 2-də satışa çıxarılan oteli Halk Bankı almışdı. Lakin otelin borclu olduğu digər alacaqlı olan Güclü İnşaat satışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Bu müraciət qəbul edilmədikdə, AST şirkəti özü satışın ləğvi üçün məhkəməyə üz tutub. Mardan Palace Otel müdiri Çetin Pehlivan bu vəziyyəti böhran içərisində 2-ci böhran yaşamaq kimi şərh edib. Otel müdiri onu da qeyd edib ki, banklara olan borclar büdcənin yüzdə yeddi hissəsidir və məhkəmə bunu nəzərə alaraq satışı ləğv edib.

Nigar Cəfərli
Gununsesi.info