Astanada Suriya üzrə görüş təxirə salındı

  • By admin
  • 22 Avqust 2017 12:52

09

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanması üzrə növbəti görüş təxirə salınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov mətbuata açıqlamasında belə deyib.

Belə ki, Kairat Abdraxmanov bildirib ki, Rusiyadan aldıqları son məlumata görə, başda Rusiya olmaqla,Türkiyə və İran avqustun sonuna qədər bəzi texniki məsələlərin həlli ilə bağlı üçtərəfli toplan keçirməyi planlaşdırırlar.

“Toplantıdan sonra Suriya üzrə Astanada keçiriləcək növbəti görüşün tarixi məlum olacaq. İlkin plana görə, Suriya üzrə danışıqlar sentyabr ayının ortasında baş tuta bilər”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Astanada Suriya böhranının nizamlanması üzrə növbəti görüşün avqust ayının sonunda keçirilməsi planlaşdırılmışdı.

Anar

Gununsesi.info