Astara-Rəşt dəmiryol xəttinin kredit sazişi Tehranda imzalanacaq - SƏFİR

  • Müəllif: admin
  • 10 Fevral 2017 10:30
cavad-cahangirzade-1
Astara (İran)-Rəşt dəmiryolu ilə bağlı Azərbaycanın ayıracağı kredit sazişi İlham Əliyevin Tehrana səfəri zamanı imzalanacağı gözlənilir.
Bunu Gununsesi.info-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə  açıqlamsında deyib.
 Səfir bildirib ki, hazırda İranın dəmiryol sisteminin Azərbaycan dəmiryol sisteminə birləşdirilməsi  istiqamətində aktiv iş gedir. “Artıq Azərbaycan tərəfi dəmiryol xəttini İran Astarasınadək çəkib. İndi qalıb 268 km yolun çəkilişi.  6 ay müddətinə Qəzvin-Rəşt dəmiryol xəttinin çəkilişi başa çatır. Rəşt-Astara dəmiryol xətti isə 168 km-dir və bu istiqamətdə də dəmiryol xəttinin çəkilişi ilə bağlı aktiv hazırlıq işləri gedir”- deyə, səfir vurğulayıb.
Azərbaycan tərəfinin bu dəmoryol xəttinin çəkilişi ilə bağlı ayıracağı kredit sazişinə gəldikdə  səfir deyib ki, Astara-Rəşt dəmiryol xəttinin çəkilişi ilə bağlı Azərbaycanla İran arasında müştərək müəssisənin yaradılması, kredit sazişinin ayrılması istiqamətində danışıqlar gedir. “Bu məsələ Azərbaycan prezidentini martın ikinci ongünlüyündə  İrana səfəri zamanı  bir daha müzakirə olunacaq.Müzakirələrin yekunu olaraq həm müştərək müəssisənin yaradılması,həm də Azərbaycanın adıçəkilən dəmiryol xəttinin  çəkilişi ilə bağlı ayıracağı kredit sazişinin imzalanması  gözlənilir.  Böyük ehtimalla bu sənəd Azərbaycan prezidentinin İrana səfəri  zamanı imzalanacaq”- deyə, səfir bildirib.
Astara-Rəşt dəniryolunun çəkilişinə nə zaman başlanacağına gəldikdə isə səfir deyib ki, əgər Tehranda  saziş imzalanarsa,  elə dəmiryol xəttini çəkilişinə start veriləcək.
Səfir onu da əlavə edib ki, Astara-Rəşt dəmiryol xəttinin çəkilində Azərbaycan şirkətləri də iştirak edəcək: “Dəmiryol xəttinin çəkilişi ilə bağlı  müştərək şirkət yaradılacağından burada Azərbaycan şirkələri də iştirak edəcək”.
Mürtəza
Gununsesi.info